
- A-
- A
- A+
Dünya
08:46 / 04.09.2024
Romada görünməmiş təbiət hadisəsi: “Zəfər Tağı”na ildırım düşdü
Hazırda oxunan: Romada görünməmiş təbiət hadisəsi: “Zəfər Tağı”na ildırım düşdü
209876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İtaliyanın paytaxtı Romada əlverişsiz hava şəraiti zamanı şəhərin əsas turistik yerlərindən biri olan Kolizeyin yaxınlığındakı “Zəfər Tağı”na ildırım düşüb.
Bizim.Media xəbər verir ki, Kolizey Arxeoloji Parkının rəhbərliyi hadisə nəticəsində eramızın IV əsrində inşa edilmiş tağın kiçik bir hissəsinin zədələndiyini bildirib.
Ekspertlər ildırımın qədim abidəyə vurduğu ziyanın aradan qaldırılmasına və zərərin qiymətləndirilməsinə başlayıblar.
Roma meri Roberto Qualtieri bildirib ki, bu, Romada görünməmiş təbiət hadisəsidir.
Qeyd edək ki, “Zəfər Tağı” xristianlığı qəbul edən ilk Roma imperatoru Konstantinin eramızın 312-ci ilində qəsbkar Maxentius üzərində qələbəsinin xatirəsinə ucaldılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































