Quyuya yıxılan şəxs xilas edildi - VİDEO

Quyuya yıxılan şəxs xilas edildi - VİDEO

Hazırda oxunan: Quyuya yıxılan şəxs xilas edildi - VİDEO

209577

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Orta Zəyzid kəndinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1991-ci il təvəllüdlü Rəsulov Yasin Ramiz oğlu dərinliyi təxminin 3 metr olan, su toplanması üçün nəzərdə tutulmuş quyuya yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı quyudan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO