Bakının mərkəzindən böyük qəsəbələrdən birinə hərəkət edən iki avtobus xəttindən sərnişinlər narazıdırlar.
Bizim.Media xəbər verir ki, söhbət ''114-a'' və ''114-b'' müntəzəm marşurut xətlərindən gedir.
Bir neçə sərnişinin ''Xəzər Xəbər''ə müraciəti əsasında, paytaxtın ''20 yanvar'' metrostansiyasının yaxınlığından, ''Müşfiq'' qəsəbəsi istqamətində hərəkət edən həmin avtobuslardakı nasazlıqların biz də şahidi olduq.
Sərnişinlər onu da əlavə etdilər ki, qiymət artımından sonra avtobus kart sisteminə keçib, amma digər xidmətlərdə kefiyyət yoxdur. Hətta bəziləri iddia edir ki, avtobuslar intervala uyğun hərəkət etmir.
Bu da sətnişinlərin vaxtında işə və ya mənzil başına çatmasına maneə yaradır.
Sərnişinlərin şikayəti əsasında daşıyıcı şirkətə müraciət etdik. 114- saylı xətt üzrə daşıyıcı şirkətdən ''Xəzər Xəbər''ə bildirildi ki, bəzi sərnişinlərin ictimai nəqliyyatın avadanlıqları ilə kobud rəftar etməsi səbəbindən bu kimi hallar baş verir.
"Artıq qeyd edilən hal aradan qaldırılıb",- deyə daşıyıcı şirkətdən bildirdilər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media