Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

Hazırda oxunan: Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

207376

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. 
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Kərimov Raqif Nofəl oğlu dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb. 


Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO