Peyvənddən sonra koronaya yoluxan həkim - Vaksinlərin təsiri azalır – VİDEO

Peyvənddən sonra koronaya yoluxan həkim - Vaksinlərin təsiri azalır – VİDEO

Hazırda oxunan: Peyvənddən sonra koronaya yoluxan həkim - Vaksinlərin təsiri azalır – VİDEO

20610

Britaniya ştammının yoluxuculuq xüsusiyyəti artıb. Mutasiyaya uğradığı üçün onun hüceyrələrə daxil olması daha asanlaşıb. İstifadə etdiyimiz peyvənd virusun Çin variantının orqanizmimizə daxil olmasına imkan vermirdi. Mutasiyadan sonra isə bu prinsip artıq pozulur.

Bizim.Media xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə peyvənddən sonra koronanın Britaniya ştammına yoluxan tanınmış həkim Turanə Rəsulova deyib. O, özündə virusun ənənəvi simptomlarını müşahidə etdiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

İnfeksionistdən “korona” dərmanları ilə bağlı ŞOK AÇIQLAMA


“SinoVac” vaksini virusdan 50 faiz qoruyur. Yəni peyvənddən sonra yenə yoluxma ehtimalı 50 faizdir. Mənə peyvəndin ikinci dozasının vurulmasında təxminən 1-2 ay ötüb. Lakin peyvənd immunitet yaratsa da, mutasiyaların sayı artıqca vaksinlərin təsir imkanı azalır.

Buna görə ya yeni peyvənd yaratmaq, ya da antiviral preparatlardan istifadə etmək məcburiyyətində qalacağıq.

Hazırda isə şiddətli olmasa da, halsızlıq, əzələ və baş ağrısı var. Əminəm ki, peyvənd olunmasaydım, ağrılar daha şiddətli olardı”.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO