Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbədə roluna dair film hazırlanıb - VİDEO

Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbədə roluna dair film hazırlanıb - VİDEO

Hazırda oxunan: Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbədə roluna dair film hazırlanıb - VİDEO

20601

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu faşizm üzərində qələbədə Azərbaycanın rolu haqqında film hazırlayıb.

Bizim.Media xəbər verir ki, konsulluqdan verilən məlumata görə, filmdə faşizm üzərində qələbədə Bakı neftinin strateji rol oynadığı xüsusi qeyd edilir. Film ingilis dilində nümayiş etdirilib.

Qısametrajlı filmdə Azərbaycan neftçilərinin 1941-1945-ci illərdə 75 milyon neft istehsal etdiyi, həmin illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyü xüsusilə vurğulanıb
 

.MÖVZU İLƏ BAĞLI:

Moskvada təntənəli zəfər paradı - Şoyqu Vladimir Putinə məruzə edəcək


Filmdə İkinci Dünya Müharibəsi illərində 700 min azərbaycanlının müharibədə iştirak etdiyi və onlardan 400 mininin bu müharibədə həlak olduğu bildirilir. 

Həmçinin Şərqi Avropanın Almaniya tərəfindən işğalından sonra Azərbaycana pənah gətirmiş 10 mindən çox yəhudiyə ölkəmizin sığınacaq verdiyi və bununla bağlı Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin fikirləri də filmdə yer alır.

R.Lauderin müharibə illərində Azərbaycanın böyük sayda yəhudini və onların uşaqlarını faşistlərdən və Holokostdan xilas etməsini minnətdarlıq hissi ilə qeyd etməsi bildirilir.

Sonda Azərbaycanda hər il 9 mayın Qələbə günü kimi qeyd edildiyi diqqətə çatdırılır. Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirliklərinin dəstəyi ilə müvafiq olaraq, ispan, yunan və alban dillərinə də tərcümə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO