Çinin nəzarətdən çıxan Long March 5В, raket daşıyıcısının qalıqları Maldiv adaları yaxınlığında Hind okeanına düşüb. Raketin parçalarının çox hissəsi atmosferin sıx təbəqələrinə daxil olarkən yanıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu mayın- 9-u səhər saatlarında baş verib.
MÖVZU İLƏ BAĞLI:
Çinin kosmosa göndərdiyi raket nəzarətdən çıxdı - Başımıza düşə bilər!
Qeyd edək ki, uçan raket İspaniya səmasında lentə alınıb. Məlum olub ki, kosmik tullantı Sevilya sakinləri tərəfindən açıq şəkildə görülüb. Bundan əvvəl, Long March 5B görüntüsü, Virtual Teleskop layihəsindən olan astronomlar tərəfindən görüntülənib.
Bizim.Media