“Avtoş”luq edib, polisin tələbinə tabe olmayan gənc SAXLANILDI – VİDEO

“Avtoş”luq edib, polisin tələbinə tabe olmayan gənc SAXLANILDI – VİDEO

Hazırda oxunan: “Avtoş”luq edib, polisin tələbinə tabe olmayan gənc SAXLANILDI – VİDEO

205802

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyatına təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilib.

"Lakin avtomobilin sürücüsü buna məhəl qoymayıb və avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Həmin sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib. E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib", - məlumatda qeyd olunub. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO