Qusarda sel Ləzə körpüsünü UÇURDU – VİDEO

Qusarda sel Ləzə körpüsünü UÇURDU – VİDEO

Hazırda oxunan: Qusarda sel Ləzə körpüsünü UÇURDU – VİDEO

204730

Qusarın dağlıq Ləzə kəndindəki körpü ötən həftə müşahidə edilən güclü yağışlar səbəbindən çöküb.

Bu barədə Bizim.Media-ya Ləzə kənd sakinləri məlumat veriblər. 
 

Onların sözlərinə görə, kənddəki sərhəd zastavasına və kəndin otlaq sahələrinə getmək çətinləşib.


Ləzə kənd sakini Xalid Əzizovun verdiyi son məlumata görə, güclü selin çökdürdüyü körpü Ləzə sərhəd zastavasına, eyni zamanda bu istiqamətdən Sudur kəndi istiqamətinə və sakinlərin otlaq sahələrinə gedən yolun üstündə yerləşir. Sudur kəndindən gələn bir neçə avtomobil körpünün çökməsi səbəbindən qarşı tərəfə keçə bilməyib. 

Məsələ ilə bağlı Qusar Fövqəladə Hallar Komissiyasının (FHK) sədri, icra başçısının 1-ci müavini Şahid Fərəməzov sorğumuza cavab olaraq, intensiv yağışlardan sonra gələn güclü sel nəticəsində Ləzə kənd körpüsünün qəzalı vəziyyətə düşdüyünü təsdiqləyib. 

Onun sözlərinə görə, bu körpü iyulun 29-da qəzalı vəziyyətə düşüb: 

“Bu gün isə tam yararsız hala düşüb. FHK olaraq həmin gün Fövqəladə Hallar Nazirliyini də məlumatlandırmışıq”. 

Hazırda Ləzə kəndinə - körpünün çökdüyü əraziyə getdiklərini deyən Qusar FHK sədri körpüyə baxış keçirəndən sonra müvafiq qərar qəbul ediləcəyini deyib. Şahid Fərəməzov həmin körpünün standartlara uyğun olmadığını və sakinlərin öz hesabına inşa olunduğunu diqqətə çatdırıb. 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO