Tovuzda sel körpünü DAĞITDI – Kəndin rayonla əlaqəsi KƏSİLDİ – VİDEO

Tovuzda sel körpünü DAĞITDI – Kəndin rayonla əlaqəsi KƏSİLDİ – VİDEO

Hazırda oxunan: Tovuzda sel körpünü DAĞITDI – Kəndin rayonla əlaqəsi KƏSİLDİ – VİDEO

204678

Tovuz rayonunun İsakənd kəndində yerləşən körpünün dayaqlarını sel suları yuyaraq qəzalı vəziyyətə salıb.

Bizim.Media “Xezerxeber.az”a istinadən xəbər verir ki, sakinlər müvəqqəti olaraq taxta materiallardan piyadaların keçməsini təmin ediblər.

Sakinlərin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən kənddə mövcud vəziyyətdən xəbərdardırlar və bu barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Aramsız leysan xarakterli yağışlar nəticəsində yaranan sel kənddə elektrik dirəklərini də yuyub.
 

“Azərişıq” ASC tərəfindən sözügedən kənd və ətraf ərazilərdə növbəli şəkildə yeni dayaq və naqillərin çəkilməsinə başlanılıb.


Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO