Leysan yağışlarının ən çox ziyan vurduğu ərazilərdən biri də Goranboy rayonudur.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində əkin sahələri və təsərrüfat suyun altında qalıb.
Goranboyun Azad və Dəyirmalılar kəndi ən çox zərər görən ərazilərdəndir. Kəndlərdə yerləşən orta məktəb binalarını su basıb, yonca sahələrinə, əhalinin təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda Goranboy rayonu icra hakimiyyətinin Fövqəladə Hallar Komissiyası yerlərdə dəyən zərəri araşdırır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu