Moskvada maşını partladıb Türkiyədə qaçan şəxs Rusiyaya aparıldı – VİDEO  

Moskvada maşını partladıb Türkiyədə qaçan şəxs Rusiyaya aparıldı – VİDEO  

Hazırda oxunan: Moskvada maşını partladıb Türkiyədə qaçan şəxs Rusiyaya aparıldı – VİDEO  

203651

Xəbər verdiyimiz kimi, Moskvanın şimalında hərbçinin avtomobilini partlatmaqda şübhəli bilinən Yevgeni Serebryakov adlı rusiyalı Bodrumda saxlanılıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Serebryakov Türkiyədən Rusiyaya aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada terror aktı törədən şəxs Türkiyədə saxlanıldı - VİDEO


Onun barəsində qətlə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi başladılıb. 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə isə, həmin şəxs hadisəni Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirdiyini etiraf edib. Bildirilib ki, o, 2023-cü ilin fevralında öz təşəbbüsü ilə Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb.

Ukrayna kəşfiyyatı Serebryakova Rusiya hərbi avtomobilini partlatdığına görə 10 min dollardan 20 min dollara qədər pul və Ukrayna vətəndaşlığı vəd edib. 

Xatırladaq ki, iyulun 24-də Moskvanın şimalında partladılan “Toyota Land Cruiser” markalı avtomobil Rusiyanın yüksək rütbəli zabiti və xüsusi hərbi əməliyyatın iştirakçısı Andrey Torqaşova məxsus olub. A.Torqaşov avtomobilinə əyləşmək istəyərkən partlayış baş verib.
Nəticədə hərbçi və həyat yoldaşı yaralanıb. İnsidentdən sonra Serebryakov Türkiyəyə qaçıb və orada saxlanılıb. Onun oradan Yunanıstana getmək istədiyi ehtimal edilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO