"Bakının Nərimanov rayonu, Atatürk prospektində baş verən hadisədə ilə bağlı nəqliyyat vasitələrinin sürücüləri aşkarlanaraq barələrində qanunamüvafiq tədbir görülüb".
Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, yayılan videogörüntü ilə əlaqədar olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb:
"Aralarında yaranmış digər xüsuslarla bağlı onlar barəsində toplanan materiallar prosessual araşdırma aparılması məqsədi ilə Nərimanov Rayon Polis İdarəsinə göndərilib".
Bizim.Media