Şimal bölgəsində havanın temperaturu enib, çaylardan sel keçib – VİDEO 

Şimal bölgəsində havanın temperaturu enib, çaylardan sel keçib – VİDEO 

Hazırda oxunan: Şimal bölgəsində havanın temperaturu enib, çaylardan sel keçib – VİDEO 

202937

Ötən günlərlə müqayisədə şimal bölgəsində havanın temperaturu 5-10 dərəcə enib. Quba-Qusar rayonlarında mənbəyini dağlardan alan çaylarda sululuq artıb və sel keçib.

Bizim.Media xəbər verir ki, Qudayalçay, Vəlvələçay, Qusarçay, Cağacuqçayda suyun səviyyəsi qalxıb.

Səhər saatlarında Quba, Xaçmaz, Qusar rayonlarında yağışlı hava müşahidə olunub.

Quba Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yağışdan sonra fəsadlar barədə quruma hər hansı bir məlumat daxil olmayıb.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO