Xalq artisti Azərin (Anaxanım Tağıyeva) Türkiyədə baş tutan 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnə alıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidentinin iqamətgahında keçirilən mərasimdə sənətçi dillərdə əzbər “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirdikdən sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.
Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.
Rəşad Əliyev, Bizim.Media