Özbəkistanlı müğənni Dilnoza Akbarova ölkəsində “O səs Özbəkistan” yarışmasına damğa vurub.
Bizim.Media xəbər verir ki, ifaçı sözügedən yarışmada Azərbaycanın “Bayatı-Şiraz” muğam dəstgahını səsləndirib.
Özbək müğənninin ifası zalda əyləşən tamaşaçıları heyrətləndirib.
Maraqlıdır ki, jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da olub.
Həmin ifanın videosunu təqdim edirik:
Bizim.Media