Rusiyanın Altay diyarının enegetika və sənaye nazirinin müavini Vladimir Loktyuşov avtomobil qəzasında dünyasını dəyişib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Çuyski traktının 218-ci kilometrliyində baş verib.
Loktyuşovun idarə etdiyi "Toyota Camry" markalı xidməti avtomobil qarşı yolda ötmə əməliyyatı keçirərək "Lada Largus" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində ikinci avtomobilin sürücüsü yerindəcə dünyasını dəyişib.
Məlumata görə, Loktyuşov Barnaula ezamiyyətdən qayıdırmış.
Bizim.Media