III Milli Yaylaq Festivalı BAŞLADI – FOTO/VİDEO

III Milli Yaylaq Festivalı BAŞLADI – FOTO/VİDEO

Hazırda oxunan: III Milli Yaylaq Festivalı BAŞLADI – FOTO/VİDEO

200599

Bu gün Göygöl rayonunda III Milli Yaylaq Festivalı start götürüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaşayış yurdları - alaçıqlarla yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, tamaşaçılar üçün səhnə - “Dədə Qorqud ocağı”, yarışların keşirilməsi üçün “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr gələn qonaqların və tamaşaçıların ixtiyarına verilib. 

Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda 20 yaxın dövlətdən 150-ə yaxın nümayəndə iştirak edir.

Yarmarkada 50-yə yaxın mikro və kiçik sahibkarın 1500-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edir. 

Festivalın təşkilatçılarından olan “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse prezidenti Müzadil Həsənovun sözlərinə görə festival əvvəlki illərdə olduğu kimi şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm:

“Bu festivalda türkdilli dövlətlərin nümayəndələri, qonaqlar iştirak edir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan türk dünyasının bir parçasıdır. Biz də bu devizi əsas götürürük və burada türk dilli dövlətlərin nüayəndələrinin həmrəyliyinə çalışırıq. Hesab edirəm ki, bu festivalda hər kəs türk dünyasının mədəniyyəti, idmanı, folkloru , rəqsləri, mətbəxi ilə yaxından tanış olacaqlar”. 

III Milli Yaylaq Festivalı 5-7 tarixlərində, 3 gün müddətində davam edəcək.

Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.
 





















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO