Fransada parlament seçkilərindən sonra iğtişaşlar başladı - VİDEO

Fransada parlament seçkilərindən sonra iğtişaşlar başladı - VİDEO

Hazırda oxunan: Fransada parlament seçkilərindən sonra iğtişaşlar başladı - VİDEO

199861

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra iğtişaşlar başlayıb.

Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, aparıcı solçu siyasətçilər mitinqlərə qatılıblar.

Parisdə çıxan “Le Figaro” qəzetinin məlumatına görə, etirazçılar polisə fişənglər atıblar, buna cavab olaraq  polis gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə edib.  Nant, Dijon, Lill, Marsel və Lionda etiraz aksiyaları keçirilib.

İlk exit-poll nəticələrinə görə, Fransa prezidenti Emmanuel Makronun koalisiyası 21,5% səs toplayıb, Marin Le Penin Milli Ralli partiyasından (34,2%) və solçu Yeni Xalq Cəbhəsi koalisiyasından (29,1%) sonra üçüncü olub.
Partiyalardan heç biri mütləq səs çoxluğu əldə etməyib. Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO