“Qohumlarımdan biri dedi ki, narahat olma, sənin də toyun olacaq ” - Xumar Qədimova - VİDEO

“Qohumlarımdan biri dedi ki, narahat olma, sənin də toyun olacaq ” - Xumar Qədimova - VİDEO

Hazırda oxunan: “Qohumlarımdan biri dedi ki, narahat olma, sənin də toyun olacaq ” - Xumar Qədimova - VİDEO

19695

Əməkdar artist Xumar Qədimova “Özəl” verilişində qonaq olub.  

Bizim.Media xəbər verir ki, müğənni verilişdə keçmişindən söz açıb.  

"Keçmişə bağlı insanam. Psixoloqla söhbət elədim, o mənə dedi ki, bu sənin xarakterindir. Məktəbdə "Son zəng"im bitəndə hamı dağılıb getdi, mən boğulurdum. İkinci keçid dövrüm universitet illərimdə oldu."

"Son imtahanım idi, hamı getdi, mən pilləkənlərdə oturdum və yenə boğuldum. Sonra özüm-özümə təsəlli verdim ki, Xumar, dur ayağa, həyat davam edir . Nələr çəkdiyimi bir Allah bilir”.

Xumar Qədimova keçmişə çox bağlı olmasından şikayətlənib:

“Sadiq insanam. Həddindən artıq sadiqəm. Bax, o sahiblənmək, sadiqlik nə pis şeydi... Çox sadiqəm. Bacımın toyunun səhəri hamı gülürdü, mən ağlayırdım. Mən dünənə qayıtmaq istəyirdim."

"Qohumlarımdan biri yaxınlaşdı, çox düşüncəsiz şəkildə mənə dedi ki, narahat olma, sənin də toyun olacaq. Mən ona necə başa salardım əslində keçirdiyim hissləri?“. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO