Azərbaycanda Çin avtomobillərindən şikayətlər artır — Daha biri sürücüdən ETİRAZ - VİDEO

Azərbaycanda Çin avtomobillərindən şikayətlər artır — Daha biri sürücüdən ETİRAZ - VİDEO

Hazırda oxunan: Azərbaycanda Çin avtomobillərindən şikayətlər artır — Daha biri sürücüdən ETİRAZ - VİDEO

195907

Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Sürücülər daha çox Çin istehsalı olan avtomobillərin servis xidmətinin olmamasından və ehtiyat hissələrinin tapılmamasından narazılıq edirlər.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, belə sürücülərdən biri sosial şəbəkə vasitəsilə etiraz edib.

Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrin olmamasından şikayətlənir. O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO