İnternet fırıldaqçılarının qurbanları artır - VİDEO

İnternet fırıldaqçılarının qurbanları artır - VİDEO

Hazırda oxunan: İnternet fırıldaqçılarının qurbanları artır - VİDEO

195341

Bəzən yerli və xarici saytlara daxil olduqda mobil telefona "təhlükəlidir", "məlumatlarınız ələ keçirilə bilər" kimi bildirişlər gəlir. Bu kimi xəbərdarlıqlar saytın SSL sertifikatının, yəni təhlükəsizlik protokolunun olmadığını, məxfiliyin qorunmadığını göstərir. Nəticədə isə vətəndaşın data məlumatlarının ələ keçirilməsi qaçılmaz olur.

Bizim.Media xəbər verir ki, SSL sertifikatı istifadəçilərin ad, ünvan, telefon, e-poçt, kredit kartı və ya bank hesabı məlumatları kimi vacib şəxsi məlumatlara üçüncü şəxslər tərəfindən müdaxilə olunmasının qarşısını alır, məlumatların mühafizəsi üçün server və müştəri arasında əlaqənin şifrələnməsinə imkan verir.

Xüsusilə alış-veriş saytlarına daxil olarkən SSL-in olmasına xüsusi diqqət yetirmək lazımdır.

Bəs görəsən, bu cür elektron resursların monitorinqi aparılırmı?

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Ayla Cəlilova bildirib ki, SSL sertifikatından istifadə etməyən saytlara vətəndaşlar daxil olduqda bu, onlar üçün təhlükəli ola bilər.
Daha ətraflı Baku TV-nin materialında:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO