Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu – VİDEO  

Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu – VİDEO  

Hazırda oxunan: Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu – VİDEO  

195038

“Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəmə prosesi yekunlaşıb. 

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, Emil Ağayevin vəkili Radmila Abdulova çıxış edərək bildirib ki, 8 nəfər zərərçəkənin 6 nəfərin evində aparılan tikinti tam normal aparılıb: 

"Ancaq ittiham aktında usta və fəhlələrə çəkilən xərc nəzərə alınmayıb, cəza verərkən bunu nəzərə almağınızı sizdən xahiş edirəm. Həmçinin Emilin himayəsində azyaşlı uşağı var, əməlindən peşmandır".  

Sonra təqsirləndirilən Emil Ağayev son sözlə çıxış edib: 

"Ekspertizanın yenidən təyin olunmasını istəyirəm".  

Hakim müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, E.Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, prokuror ona 9 il cəza istəmişdi. 

Xatırladaq ki, zərərçəkənlər arasında tanınmış idmançı Kamil Zeynallı da var. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO