Kürdəxanıda əks yola çıxan “Hyundai” sürücüsü ağır qəza törətdi - ANBAAN VİDEO 

Kürdəxanıda əks yola çıxan “Hyundai” sürücüsü ağır qəza törətdi - ANBAAN VİDEO 

Hazırda oxunan: Kürdəxanıda əks yola çıxan “Hyundai” sürücüsü ağır qəza törətdi - ANBAAN VİDEO 

194351

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş vermiş qəza anbaan kameraya düşüb. 

Bizim.Media “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında qeydə alınıb. Belə ki, 20-BX-363 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, 19-BX-380 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilə çırpılıb.

Yola baxmadan hərəkət edən “Hyundai” sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxır.

Bu zaman sol tərəfdən gələn “VAZ”la toqquşur və zərbənin təsirindən fırlanır. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.  
Qeyd edək ki, hadisənin görüntüsünü paylaşan “VAZ” sürücüsü qəzadan yayınmaq üçün qarşı tərəfə manevr etdiyini bildirib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO