Ağcabədidə avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

Ağcabədidə avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

Hazırda oxunan: Ağcabədidə avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

193997

Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib.

Bizim.Media xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "Vaz" markalı avtomobillə yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən və görüntülərini sosial şəbəkədə yayan sürücü Sənan Rəhimovu saxlayıblar.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən S.Rəhimovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO