"Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü – VİDEO  

Hazırda oxunan: "Crocus" hücumunun təşkilatçılarından biri öldürüldü – VİDEO  

190260

Daha əvvəl Moskva vilayətində təhlükəsizlik qüvvələrinin əlindən qaçan "Crocus" terror aktını hazırlamaqda və terror aktında iştirakda şübhəli bilinən şəxs Leninqrad vilayətində saxlanılarkən güllələnib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. 

Bildirilib ki, FTX əməkdaşları tərəfindən Leninqrad vilayətində həbs cəhdi zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti Nikolay Surnov zərərsizləşdirilib. Axtarış zamanı Surnovun avtomobilindən PUA elementlərinə oxşar əşyalar aşkar edilib. 
Qeyd olunub ki, aprel ayında Surnov saxlanma zamanı hüquq-mühafizə orqanlarından qaça bilmişdi. O, maşından düşüb və meşədə yoxa çıxmışdı. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO