Millət vəkili Razi Nurullayev özünün "Facebook" səhifəsində bloger Mehman Hüseynovun ittihamını təkzib edən video bölüşüb.
Bizim.Media xəbər verir ki, millət vəkili avtomobil parkinqində çalışan yaşlı insanla şəkil çəkdirib bölüşəndən sonra adı çəkilən bloger bu informasiyanın yalan olduğunu paylaşıb.
Razi Nurullayevin təqdim etdiyi videoda məsələyə münasibət bildirən həmin parkinq işçisi deputatı tanıdığını və ailəvi onun çıxışlarını izlədiklərini dilə gətirib.
Ağsaqqal parkinq işçisi Mehman Hüseynovun yazdıqlarını yalan adlandırıb.
Həmin müsahibəni təqdim edirik.
Bizim.Media