Qida zəhərlənmələri ilə bağlı vətəndaşlara MÜRACİƏT - VİDEO  

Qida zəhərlənmələri ilə bağlı vətəndaşlara MÜRACİƏT - VİDEO  

Hazırda oxunan: Qida zəhərlənmələri ilə bağlı vətəndaşlara MÜRACİƏT - VİDEO  

190083

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, videoçarxda qida mənşəli xəstəliklərin dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edildiyi qeyd olunub.

Bildirilib ki, bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra həmin məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir.

Videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər kəsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanılmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir.Eyni zamanda vurğulanıb ki, AQTA müvafiq dövlət qurumları ilə birgə əhali arasında baş vermiş qida zəhərlənmələrinin araşdırılması, habelə qida zəhərlənməsi hallarının qarşısının alınması və aradan qaldırılması sahəsində zəruri tədbirlər həyata keçirir.

Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar həmin videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə biləcəklər.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO