Qərbi Azərbaycan Xronikası: “Haylar Orta Asiya ərazilərinə iddia edirlər” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “Haylar Orta Asiya ərazilərinə iddia edirlər” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Haylar Orta Asiya ərazilərinə iddia edirlər” - VİDEO

188487

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi yazıçı, araşdırmaçı Xaqani İsmayıl olub.

O, doğulub boya-başa çatdığı Loru mahalının Dağ Borçalı ərazisindən - Qaraqala kəndindən söhbət açıb. Bildirib ki, kəndləri həm füsunkar təbiətinə, həm də tarixiliyinə görə diqqət çəkib.
Babası Molla Süleymanın vaxtilə Türk Ordusuna dəstəyinə görə təqib olunduğunu, adına xalq düşməni damğası vurulduğunu, sürgün edildiyini xatırladan X.İsmayıl söyləyib ki, atası Neman İsmayılov da erməni millətçilərinin müxtəlif təzyiqləri ilə üzləşib.

Hayların yaranması, mənşəyi barədə məlumatların ziddiyyətli olmasına diqqət çəkən X.İsmayıl deyib ki, ermənilərin Cənubi Qafqaza gəlmə xalq olması faktlarla təsdiqini tapıb. O, Birinci Dünya müharibəsindən qalib çıxan dövlətlərlə ermənilərin gizli sövdələşmələrindən, əsassız ərazi iddialarından da danışıb. Bildirib ki, daşnakların yersiz iddiaları hətta o dövrün böyük dövlətlərini də təəccübləndirib. Onun sözlərinə görə, oktyabr inqilabına qədər Türkiyə cəbhəsindəki Çar Rusiyası ordusunun tərkibində 150 minə yaxın erməni əsgər və zabit xidmət edib. Araşdırmaçı söyləyib ki, Vladimir İliç Leninin hakimiyyətə gəlməsindən sonra geri çəkilən rus ordusunun tabeliyindəki erməni yaraqlıları Cənubi və Qərbi Azərbaycanda, Türkiyədə, indiki Gürcüstan ərazisində sadəcə müsəlman-türklərə qarşı deyil, digər millətlərə münasibətdə də böyük faciələr törədiblər.

O, ermənilərin rus, yəhudi, yunan, gürcü, almanlara qarşı soyqırımı cinayəti törətməsinə dair tarixi sənədlərin olduğunu bildirib. Qeyd edib ki, ermənilər sadəcə dənizdən-dənizə xülyası ilə yaşamayıb, eyni zamanda Orta Asiya ərazilərinə də iddialar irəli sürüblər.

Qərbi Azərbaycana qayıdışdan söhbət açan X.İsmayıl vurğulayıb ki, tarixi torpaqlarımıza qayıtmaq bizim haqqımızdır. Onun sözlərinə görə, elə etmək lazımdır ki, bu qayıdış əbədi olsun, ata-baba yurdumuz bir daha yağıların əlində əsir olmasın.

Daha ətraflı videomaterialda:

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO