Qadın şəhid ərinin döyüş yoldaşı ilə qoşulub qaçdı - Azərbaycanda ŞOK hadisə - VİDEO

Qadın şəhid ərinin döyüş yoldaşı ilə qoşulub qaçdı - Azərbaycanda ŞOK hadisə - VİDEO

Hazırda oxunan: Qadın şəhid ərinin döyüş yoldaşı ilə qoşulub qaçdı - Azərbaycanda ŞOK hadisə - VİDEO

18707

Vətən Müharibəsi şəhidi Aslanov Atəş Yusif oğlunun xanımı onun əsgərlik yoldaşı ilə qoşulub qaçıb.

Bizim.Media xəbər verir ki, bu iddia ilə şəhidin valideynləri videomüraciət ediblər.

Məlumat sosial şəbəkələrdə yayılıb. A.Aslanovun anası gəlininin 22 min manat “şəhid” pulu və nəvəsini götürərək yad kişi ilə qaçdığını söyləyib.

Şəhidin atası gəlininin oğlanla tanışlığından xəbərsiz olduğunu bildirib.  Onun sözlərinə görə, həmin şəxs Vətən Atəşlə bir yerdə döyüşüb.  

“Xahiş edirik bizə uşağı qaytarmaqda köməklik edəsiniz. O, uşağı, öz ailəsi ola-ola mənim gəlinimi götürüb aparıb”,-deyə ata vurğulayıb

Hadisənin şəhidin qırxı çıxandan bir ay sonra baş verdiyi söylənilir.

Qeyd edək ki, Atəş Aslanov 1993-cü il, aprel ayının 1-də Tovuzun Çeşməli elinin Məşədivəlilər kəndində doğulub. 2011-ci ildə rayonun Aşağı Quşçu kəndindəki İmran Bayramov adına orta məktəbi bitirib. 2020-ci il oktyabrın 27-də  Fizuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO