Bir neçə gənc özlərini Ermənistan hökumətinin binasının girişinə zəncirlədi - VİDEO

Bir neçə gənc özlərini Ermənistan hökumətinin binasının girişinə zəncirlədi - VİDEO

Hazırda oxunan: Bir neçə gənc özlərini Ermənistan hökumətinin binasının girişinə zəncirlədi - VİDEO

18683

Bu gün Ermənistan hökumətinin binasının girişində qəribə hadisə baş verib. Belə ki, bir neçə gənc özlərini zəncirlə bağlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, polis onların bəzilərinin zəncirlərini çıxarıb.

Polis nəzarətinə götürülən “Qurtuluş” təşəbbüsünün üzvlərindən biri “Nikol xaindir!” şüarını səsləndirib.

Gənclərdən biri polisə müraciət edərək zəncirinin açar deşiyini möhürlədiyini deyib:

"Biz elə etdik ki, Paşinyan ona aid olmayan kabinet binasına maksimum çətinliklə daxil olsun”.

“Ölkəni təslim etdi. Bilirsinizmi, Zəngəzurda (Sünik) o, nə dedi? “Özünüzü  müdafiə etməlisiniz. Hər kim gəlib sizi müdafiə etməz”. Zəngəzur özünü necə qoruyacaq?”. Özünü qapıya zəncirləyən qadınlardan biri belə deyib.

Uzun müddət polis zəncirləri ondan çıxara bilməyib.

Qeyd edək ki, bu gün saat 11: 00-da Ermənistan hökumətinin iclası başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO