İstanbulun mərkəzində 16 mərtəbəli yaşayış binasında baş verən yanğında ölənlərin sayı 29 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT haber” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyədə İstanbulun Şişli rayonunda 16 mərtəbəli binada yanğın baş verib. Yanğının söndürülməsinə 31 yanğınsöndürmə maşını və 86 nəfər personal cəlb olunub. Hazırda yanğın söndürülüb.
Hadisə ilə bağlı 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media