Türkiyənin yeni supersonik raketi İHA-122 ilə sınaq atışı həyata keçirilib və hədəfi mükəmməl vurub.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntüləri “Baykar” şirkətinin direktor müavini Səlçuk Bayraktar “X” hesabında paylaşıb.
Bayraktar AKINCI TİHA, Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən İHA-122 səsdən sürətli raket atış sınağının görüntüləri böyük marağa səbəb olub.
AKINCI Layihəsi çərçivəsində Baykar tərəfindən hazırlanmış Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Aparatı (TİHA) İHA-122 səsdən sürətli raket sınaq atışı Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilib.
Bizim.Media