1992-ci il fevralın 26-da sağ qalmaq ümidi ilə qaranlıq meşələrə üz tutan yüzlərlə Xocalı sakininindən biri Sədaqət Hüseynova olub.
Bizim.Media xəbər verir ki, o “İTV”yə müsahibəsində Xocalı sakinlərinin başına gətirilən müsibətləri danışıb.
Xocalıda 3 övladı gözü önündə donaraq ölən Sədaqət Hüseynova bunları deyib:
“Xocalıda çörək bişirmə sexi var idi. Evlərə xəmir paylayırdılar ki, ac qalmayaq. Amma heç ağlımıza da gəlməzdi ki, həmin gün bişirdiyimiz çörək boğazımızdan keçməcəyək”.
Bizim.Media