O, 32 il öncə Xocalıda donmuş ananın qucağından 2 yaşlı bir körpəni götürür və dəfn etmələri üçün məscidə təhvil verir. Vəfat etmiş anasının qucağına qısılmış həmin körpə günlər sonra məsciddə yuyulan zaman ayılır.
Bizim.Media "Belə-belə işlər”ə istinadən xəbər verir ki, körpəni xilas edən şəxs Əsəd Fərəcovdur.
"Mənə dedilər ki, gətirdiyin uşaqlardan biri ayılıb", - o deyir.
Əsəd Fərəcov 32 ildir ki, xilas etdiyi həmin körpəni axtarırdı:
"Mən o uşağı xilas etdim, amma sonrakı taleyi barədə heç nə bilmirdim"
Əsəd bəylə xilas etdiyi həmin körpə qız 32 il sonra görüşüb.
Bizim.Media