Raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olundu - FOTO/VİDEO

Raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olundu - FOTO/VİDEO

Hazırda oxunan: Raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olundu - FOTO/VİDEO

17987

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, bölmələrin idarə edilməsi üzrə bacarıqlarının və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO


İlk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb. Praktiki məşğələlər zamanı zabitlərə müdafiə döyüşü üzrə hava hücumundan müdafiə, raket-artilleriya və tank bölmələrinin fəaliyyəti nümayiş olunub.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin ümumqoşun, ixtisas, topoqrafiya və fiziki hazırlıq səviyyələri yoxlanılıb. Məşğələlərin yekun təhlili aparılan zaman məqbullar götürülərkən zabitlərin yüksək nəticə göstərikləri bildirilib, bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO