Quba və Qusarın dağlıq kəndlərində bu gün səhərdən başlayan qar artıq yerdə dayanıb.
Bizim.Media xəbər verir ki, Qubanın Xaltan, Nütəh, Qarxun, Dərk, Qusarın Ləzə, Kuzun və digər kəndlərində qarın hündürlüyü 3 sm-dən çoxdur.
Hazırda qar yağmağa davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu