Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb - FOTO/VİDEO

Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb - FOTO/VİDEO

176660

Rusiyanın Leninqrad vilayətində dörd uşağı olan qadın 3 il ərinin mumiyalanmış cəsədi ilə yatıb. Sosial işçilər qeyri-funksional hesab edilən ailəni yoxlamağa gələndə meyitlə rastlaşıblar. 

Bizim.Media 78.ru internet resursuna istinadən xəbər verir ki, çağırış üzrə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfərin qalıqlarını aşkar ediblər.

Və nəticədə digər dəhşətli detallar üzə çıxıb. Məlum olub ki, qadın bir neçə il öz ərinin mumiyalanmış cəsədi ilə bir çarpayıda yatıb.
O da məlum olub ki, 2020-ci ilin dekabr ayında 50 yaşlı qadın əri ilə mübahisə edib, ona ölüm arzulayıb, bundan sonra kişi yerə yıxılıb və ürəyi dayanıb. Çoxuşaqlı ana buna o qədər də əhəmiyyət verməyib, ərinin cəsədini ədyala bükərək otağına aparıb. 

Uşaqların gözləri önündə isə ailə dramı yaşanıb. Ana onları uşaq evinə göndərməklə hədələyərək danışmamağı tövsiyə edib.

İndi müstəntiqlər baş verənlərin bütün şəraitini öyrənirlər. İstintaq belə qənaətə gəlib ki, kişini qadının özü öldürüb.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO