“BakuBus” özəlləşdirilməlidir – Ekspert - VİDEO

“BakuBus” özəlləşdirilməlidir – Ekspert - VİDEO

Hazırda oxunan: “BakuBus” özəlləşdirilməlidir – Ekspert - VİDEO

17529

“BakuBus” MMC ilə bağlı problemin aradan qaldırılması üçün idarəetməyə yanaşma dəyişməlidir.

Bizim.Media xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, “BakuBus” MMC-nin özəlləşdirilməsi daha səmərəli addım olar:
 

MÖVZU İLƏ BAĞLI:

Gediş haqqı artıb - 40 QƏPİK OLDU


“BakuBus” MMC əvvəl Bakı şəhər İcra Hakimiyyətinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi. İndi isə İnvestisiya Holdinqinə verildi. Bu qərarların arxasında səmərəli idarəetmənin olmaması dayanır. Bununla bağlı faktlar da var.

Məsələn, avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır. Bu qurum belə idarə olunacaqsa, o, dövlətə ağır yük olacaq. Buna görə də sahibkarlara imkan yaratmaq lazımdır.

Dəfələrlə təklif etmişəm ki, “BakuBus” üçün ayrılan pullar güzəştli kredit olaraq sahibkarlara verilsin.

"Onsuz da MMC-yə ayrılan pullar geri qaytarılmır. Məndə olan məlumata görə, bəzi illərdə bu qurum heç cari xərclərini, yəni sürücülərin maaşını, avtobusların təmirini, yanacağını ödəyə bilmir və dövlətdən dotasiya alır".

"Baxmayaraq ki, bu avtobusları elə dövlətin özü alıb. Əgər həmin pulları faizsiz kredit olaraq sahibkarlara təklif etsələr, onlar bu işi daha yaxşı görər. Təbii ki, burada sahibkarları da düzgün seçmək lazımdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO