Göygöl rayonunda ölümlə nəticələnən qəza baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun rayonun Hacıməlik kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan kiçiktutumlu yük maşını "QAZel" ilə digər yük avtomobili olan "KAMAZ"a arxadan çırpılıb.
Qəza zamanı kiçiktutumlu yük maşını "QAZel" sürücüsü Tovuz rayon sakini, 78 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı 28 yaşlı Müşviq Bayramov isə xəsarət alaraq Göygöl mərkəzi xəstəxansına yerləşdirilib.
Yaralının vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media