Yeni Saray qəsəbəsində QƏZA: Yük maşını avtobusla toqquşub - VİDEO

Yeni Saray qəsəbəsində QƏZA: Yük maşını avtobusla toqquşub - VİDEO

Hazırda oxunan: Yeni Saray qəsəbəsində QƏZA: Yük maşını avtobusla toqquşub - VİDEO

172850

Abşeron rayonu, Yeni Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Yeni Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobili ilə “Otoyol” markalı avtobusun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Otoyol” markalı avtobusun sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtobusda sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO