Bakıda inzibati binada YANĞIN – VİDEO  

Bakıda inzibati binada YANĞIN – VİDEO  

Hazırda oxunan: Bakıda inzibati binada YANĞIN – VİDEO  

170213

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binada baş verdiyi, genişlənərək bitişik ikimərtəbəli evə keçmək riskinin yüksək olduğu müəyyən edilib. 
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. 

Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO