Avtobuslarda cibgirlik edən kameralara tuş gəldi - Oğurluq anının VİDEOSU

Avtobuslarda cibgirlik edən kameralara tuş gəldi - Oğurluq anının VİDEOSU

Hazırda oxunan: Avtobuslarda cibgirlik edən kameralara tuş gəldi - Oğurluq anının VİDEOSU

169183

Sumqayıtda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb. 

Daxili İşlər nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobuslarında cibgirlik edən əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Binyat Binyatov saxlanılıb. 

Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının içərisində 1500 manat, bank kartları və sənədləri olan çantasını oğurladığı məlum olub.

B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa bu kimi analoji cinayətlər törətməsi istisna edilmir. 
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər. 
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO