Zaqatalada şagirdlər çaqqal hücumuna məruz qaldılar - VİDEO

Zaqatalada şagirdlər çaqqal hücumuna məruz qaldılar - VİDEO

Hazırda oxunan: Zaqatalada şagirdlər çaqqal hücumuna məruz qaldılar - VİDEO

168734

Zaqatalanın Muxax kəndində dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, çaqqal kənd sakinləri tərəfindən öldürülüb:

“Uşaqların səsinə yola çıxdım. Gördüm ki, çaqqal onların üzərinə cumub. Onu uzaqlaşdırmaq istəyəndə mənim üzərimə hücum etdi. Daşla vurdum, təpiklədim, amma xeyri olmadı. Bir az keçəndən sonra uzaqlaşdı. Yoldan aşağı gedəndə də qonşular öldürüblər”.

Hər iki şagird və digər kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) müvafiq yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, 10 min nəfərə yaxın sakini olan Muxax kəndində əvvəllər də vəhşi heyvanların insanlara hücum çəkməsi və xəsarət yetirməsi halları baş verib.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO