Səhiyyə Nazirliyinin balansında olan Xətai Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin eyvanı qəzalı vəziyyətdədir, artıq binada çatlar da yaranıb.
Maraqlıdır, gün ərzində xeyli sayda xəstə qəbul edən səhiyyə ocağının qəzalı vəziyyətdə olan eyvanını Səhiyyə Nazirliyi görmür?
Bu yaxınlarda Sumqayıtdakı 2 nömrəli (ASM) Ailə Sağlamlıq Mərkəzinin eyvanının çökdüyünü və xoşbəxtlikdən müayinəyə gələn vətəndaşın son anda dağıntılar altında qalmaqdan xilas olduğunu göz önündə saxlayaraq, məsələ ilə bağlı sözügedən quruma sorğu ünvanladıq.
Ətraflı Bizim.Media-nın videoreportajında:
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media