Bərdədəki Laçın məktəbi bağlanıb? - Cəmi 4 şagird qalıb - VİDEO

Bərdədəki Laçın məktəbi bağlanıb? - Cəmi 4 şagird qalıb - VİDEO

Hazırda oxunan: Bərdədəki Laçın məktəbi bağlanıb? - Cəmi 4 şagird qalıb - VİDEO

163063

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı kənd sakini Yasəmən Ələkbərova deyib ki, məktəbdə ailə üzvləri ilə birgə çalışıb.

Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib.

1995-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 20 il öncə qeyri - hökümət təşkilatı tərəfindən bir neçə sinif otağı tikilib.

Məktəbin müəllim və texniki işçiləri verilən qərarla razılaşmaq istəmirlər.

Məktəb direktoru Etibar Nəbiyev isə bildirib ki, təhsil ocağı uzun illərdir, köçkün həyatı yaşayır. İki il əvvəl Qaradəmirçi  kəndinin ərazisində müasir standartlara uyğun yeni məktəb binası tikildiyindən şagirdlər həmin məktəbə yönəldiliblər. Məktəbdə təhsil almaq üçün 4  uşaq qalıb.
Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, sözügedən məktəb bağlanmayıb, fəaliyyətini davam etdirir. Məktəbin bağlanması ilə bağlı rəsmi qərar yoxdur.

Gələcəkdə şagird sayının kəskin azalması ilə bağlı olaraq Aşağı Fərəcan kənd tam orta məktəbinin fəaliyyəti dayandırılarsa, məktəbin pedaqoji və texniki heyətinin digər ümumitəhsil müəssisələrində ixtisasları üzrə işlə təmin olunması məsələsinə baxılacaqdır.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO