Nazpəri Dostəliyeva 21 yaşlı şəhid Kənan Rüstəmlinin xatirəsinə həsr olunan "Lay lay" adlı mahnıya çəkilən klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, bəstənin müəllifi Xanım İsmayılqızıdır.
MÖVZU İLƏ BAĞLI:
Nazpəri Dostəliyevadan oğlunun ölümü haqda: "Şəhid analarından artıq deyiləm" - VİDEO
Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə olunub.
Əslən Biləsuvardan olan Kənan Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub və nəşi 21 gün ermənilərdə əsir qalıb.
Qeyd edək ki, N.Dostəliyeva 22 mart tarixində 41 yaşlı oğlu Əlini itirib.
Bizim.Media