Dünyanın sonuna az qalıb... – Amerikalı alimlərdən QİYAMƏT GÜNÜ anonsu - VİDEO

Dünyanın sonuna az qalıb... – Amerikalı alimlərdən QİYAMƏT GÜNÜ anonsu - VİDEO

Hazırda oxunan: Dünyanın sonuna az qalıb... – Amerikalı alimlərdən QİYAMƏT GÜNÜ anonsu - VİDEO

16120

ABŞ-a məxsus “NOAA-20” peykinin kamerası tərəfindən qeydə alınan görüntülərdən sonra alimlər dünyanın qiyamətlə üzləşməsinə az qaldığını deyiblər. 

Bizim.Media xəbər verir ki, 2018-ci ildə Ekvadorun cənubunda qeydə alınan sistemlə bağlı tədqiqatlar yekunlaşıb.

Sakit Okeanın qərbində meydana gələn bu tropik fırtınanın istilik dəyəri -111 dərəcə olaraq ölçülüb.

Meteoroloqlar vəziyyəti belə izah edir: 

“Çox güclü bir hava axını atmosferin ən aşağı təbəqəsinə (troposfer) çatdıqda düzləşir və başqa forma alır. Lakin fırtına çox güclü olduqda yuxarı hava axını troposferi keçib növbəti qat olan stratosferə çata bilər. 2018-ci ildəki hadisədə buludun zirvəsi 20,5 kilometr yüksəklikdə olub”.

Oksford Universitetinin əməkdaşı Saymon Proud “BBC”yə açıqlamasında bu duruma "overshooting top" adı verildiyini, buludun uc nöqtəsinin Tropopoz qatını aşdıqdan sonra hər kilometrdə 7 dərəcə soyuduğunu bildirib. Proud 2018-ci ildəki olayda sözügedən qatı aşan buludun 13-14 dərəcə daha soyuq olduğunu qeyd edib.

Müşahidə ilə bağlı araşdırmanı dərc edən Viskonsin Medison Universitetinin meteoroloqları bu qeyri-adi vəziyyətə bəzi əlavə amillərin təsir etdiyini düşünürlər.

Mütəxəssislərin fikrincə, fırtınanın baş verdiyi bölgədəki okean suyunun çox isti olması səbəblərdən biridir. Bundan əlavə, "Madden-Julian Oscillation" (yağışlı və quru havaya təsir edən, şərqə istiqamətlənən regional küləklər) adlı hava fenomeninin də təsirinin olduğu güman edilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO