Ova gedən gənc ehtiyatsızlıqdan özünü güllələyib.
Bizim.Media xəbər verir ki, bədbəxt hadisə Tovuzda, Böyük Qışlaq inzibati ərazi dairəsinə tabe olan Səfərli kəndindəki meşəlik ərazidə baş verib.
26 yaşlı Turan Rüstəmov həmkəndliləri ilə dovşan ovuna gedib. Orada qəfildən Turanın öz əlindəki tüfəngdən atəş açılıb.
Turan Rüstəmov ürəyindən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media