Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ qurbanlarının yerləşdirildiyi xüsusi konteyner şəhərciyinin küçələrinə şəhər və şəhidlərimizin adları verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsinin, Şuşa, Xocalı, Laçın, Gəncə və s. şəhərlərinin və şəhidlərinin adı qardaş Türkiyənin konteyner şəhərciklərində yaşadılır.
1700 nəfərin yaşadığı 453 konteynerdən ibarət şəhərcikdə ümumilikdə 39 küçəyə ad verilib.
Bizim.Media